Misirdə adı açıqlanmayan dövlət məmuru külli miqdarda mənimsəmə faktı ilə həbs edilib.
Unikal.org xəbər verir ki, həmin məmurun milyonlarla rüşvət alma faktına görə saxlanıldığı və evində aparılan araşdırmada isə daha maraqlı faktların ortaya çıxması ölkə gündəmini zəbt edib.
Misir İnzibati Nəzarət Təşkilatı tərəfindən edilən açıqlamada, vəzifəlinin iqamətgahında edilən axtarışlarda 24 milyon Misir cüneyhi (1,2 milyon dollar), 4 milyon dollar, 2 milyon avro və 1 milyon Səudiyyə Ərəbistanı riyalı (192 min dollar) pul ələ keçirildiyi bildirildi.
Həmçinin sözügedən məmurun onlarla evi və lüks markalı avtomobilləri, küllü miqdarda qızıl zinyət əşyaları da müsadiə edilib.