İnsanların heç bir müdaxiləsi olmadan 10 dayanacaq sonra it avtobusdan düşüb.

Unikal.org xəbər verir ki, maraqlı hadisə Türkiyənin Bursa şəhərində səhər saatlarında baş verib. Dayanacaqda soyuqdan üşüyən it onlarca insanın olduğu avtobusa minib.

Avtobusun salonunda heç kimə dəyib dolaşmadan isinməyə çalışan it 10 dayanacaqdan sonra avtobusdan enib və gözdən itib.