Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.
"Mərmilərdən biri diplomatik missiyanın həyətyanı ərazisinə, ikinci mərmi isə səfirliyin yaxınlığına düşüb. Partlamamış minaların zərərsizləşdirilməsi üçün istehkamçılar cəlb olunub.,- məlumatda qeyd olunur.
Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.