Gəncədə dəm qazından zəhərlənmə olub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1960-ci il təvəllüdlü Məmmədova Solmaz Allahverdi qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
O dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra S. Məmmədovanın vəziyyəti normallaşıb.