"Taliban yaraqlılarının nəzarəti altında olan Əfqanıstanın Sar-e-pul vilayətində bir qrup silahlı şəxs əri olmadan alış-verişə çıxan qadının başını kəsiblər.
Unikal.org-un The Daily Mail nəşrinə istinadən məlumatına görə, hadisə Latti kəndində baş verib.
Vilayətin rəsmi qubernatorunun sözlərinə görə, 30 yaşlı qadının həyat yoldaşı hazırda İrandadır. "Taliban təşkilatının yerli nümayəndəliyi döyüşçülərinin qətl hadisəsində əli olmasını inkar edir.
Qeyd edək ki, taliblər qadınlara yanlarında ərləri olmadan evdən çıxmağı qadağan edirlər. Bundan əlavə onlara işləmək və oxumaq da qadağandır.