İngiltərədə yayımlanan "Virtually Famous proqramında maraqlı anlar yaşanıb.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, "İ am A Celebrity" (Mən məşhuram) müsabiqəsinin keçmiş çempionu Viki Pattison verilişin aparıcısı Kris Ramsey ilə mərc edib.

Mərcə görə, Viki aktyor Vill Mellorun ayağını öpərsə, ona 100 funt-sterlinq (217 AZN) veriləcəyi deyilib.

Bu vaxt Mellor ayaqqabısı ilə corabını soyunub və ayağını stolun üstünə qaldırıb. Əl hərəkəti ilə ayağının iyləndiyinə eyham vuran 29 yaşlı Pattison Villin ayağını öpərək mərcin qalibi olub.