Bir neçə gün əvvəl Mərakeşdən olan sevgilisi İmane el Bani ilə nikah masasına oturan aktyor Murad Yıldırım toyu haqda bəzi şərhlərə əsəbiləşib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Muradı ləyəndə daşıdılar" başlıqlı xəbərləri və şərhləri tənqid edib:

"Üstündə oturduğum "ləyən" deyil, onun adı "Tefour"dur, hörmətsizlər. Bu ölkədən çoxlarını bu düşüncə sahibləri qovdu, təhqir etdi. Üstümə geyindiyim sünnət paltarı deyil. Peyğəmbərimizin, padşahlarımızın geyindiyi kaftandır. Qırmızıdərililər Afrikada deyil, ABŞ-da da yaşayırlar, cahillər. Söylənənlər salavat və dualar idi, bunu da bilmirsiniz? Həzm sisteminizdə problem var? Başqa mədəniyyətlərə hörmətiniz budur, mədəniyyətsizlər? İki insanın xoşbəxtliyinə hörmətsizlik nədən qaynaqlanır? Çox sürətli imişəm... 4 ay aşiq olduğum qadını gözünüzün içinə soxaydım? ...100 ölkədə xəbər olduq, amma sizin qədər təhqir edən olmadı. Ölləmdə belə cahil insanlara görə utanıram..."