"Kurtlar Vadisi Pusu" fanatlarını sevindirəcək xəbər yayılıb.
Unikal.org bildirir ki, "Milliyet" qəzetinin yazarı Sefa Karahasan bununla bağlı önəmli açıqlama yayıb. 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhdə aid çəkmək istədikləri "Darbe" filmindən dolayı məhkəməlik olan "Pana Film" serialın çəkilişlərini təxirə salmışdı.
Lakin yaxın zamanda məhkəmənin bitəcəyi gözlənilir. Bundan sonra şirkət ekran işinin çəkilişlərini davam etdirəcək və "Kurtlar Vadisi Pusu" yanvardan etibarən tamaşaçıların görüşünə gələcək.
İlkin məlumatlara əsasən, bu mövsüm serial "Kurtlar Vadisi Kipr" adlandırılmalı idi. Hətta ekran işinin baş qəhrəmanı Necati Şaşmaz Kiprdə bununla bağlı görüşlər keçirmiş, məlumat toplamışdı. Lakin planlar dəyişib.
Qeyd edək ki, serialın yayımlanacağı telekanal hələ də bəlli deyil. Serialın rejissoru Doğan Ümit Karaca da gecikmələrə görə layihədən ayrılaraq "İçimdeki Fırtına" serialına keçib.