1944-cü ildə nasist Almaniyası tərəfindən kosmosa atılan V-3 raketi yaxın günlərdə ABŞ ərazisinə düşəcək.
Unikal.org-un məlumatına görə, bu barədə NASA xəbərdarlıq edib. NASA-nın mütəxəssisi Çarlie Bolden bildirib ki, nasistlərin havaya atdığı V-2 raketi Yerin atmosfer qatını keçib.
"V-3 yaxın günlərdə Yerin atmosfer qatına daxil olacaq və güman ki, ABŞ-ın şərqində bir əraziyə düşəcək. NASA və ABŞ-ın hava qüvvələri hansısa təxliyənin edilib-edilməyəcəyi haqqında məlumat verəcək, - deyə o bildirib.
V-3 raketləri nasist Almaniyası tərəfindən Londonu vurmaq üçün məşhur alman alimi Verner von Braun tərəfindən təkmilləşdirilən V-2 raketinin modern formasıdır. Raket 21 ton partlayıcı daşıyır.