Rusiya prezidenti Vladimir Putin Suriyada atəşkəsin bərqərar edildiyini bəyan edib.
Unikal.org "Anadolu agentliyinə istinadən xəbər verir ki, Putin rəsmi Moskva və Ankaranın zəmanəti ilə Suriyada bu gecədən atəşkəsin elan edildiyini deyib. Atəşkəs Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşdə Əsəd hökuməti, müxalifət və Suriya mənşəli qrupların iştirakı ilə inkişaf etdiriləcək və uzunmüddətli sülhün əldə edilməsi üçün səylər davam ediləcək.
Türkiyə Xarici İşlər Nazirliyi və Suriya ordusu da rəsmən atəşkəsin elan edildiyini açıqlayıblar.
Qeyd edək ki, danışıqlar prosesinin gedişində terror təşkilatı kimi tanınan qüvvələrin iştirakına imkan verilməməsi ilə bağlı razılıq əldə edilib.