Türkiyədə bir müddət əvvəl həbs edilən jurnalistlər sərbəst buraxılıb.
Unikal.org sözcü.com.tr-yə istinadən xəbər verir ki, fəaliyyətinə xitam verilən "Özgür Gündem qəzetinin əməkdaşı Aslı Erdoğan, Necmiye Alpay və Bilir Kaya prokurorun tələbi əsasında sərbəst buraxılıb. Məhkəmə təxminən 4 ay əvvəl həbs edilən 3 jurnalistin ölkədən çıxmasına qadağa qoyub.
Qeyd edək ki, bağlanmış qəzetin ümumilikdə 9 əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Onlar ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etməkdə, terror təşkilatının təbliğatını aparmaqda təqsirli bilinirlər.