Populyar "Twitter xidməti yeni funksiya (panorama videosu) istifadəyə verib.

Unikal.org xəbər verir ki, yeni funksiya sayəsində hazırlanmış ilk videoçarx rəsmi mikrobloqda yerləşdirilib. Ancaq yenilik bütün istifadəçilər üçün əlçatan deyil. Hələ ki, sınaqdan keçirilir. 

360 dərəcə formatında çəkilmiş video abunəçilərə yalnız danışanı deyil, həm də ətrafda olanları görməyə imkan verəcək.