Türkiyədəki məktəblərin birində biabırçı olay yaşanıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Antalyadakı məktəblərin birində valideynlər 2-ci siniflərə dərs deyən müəllim D.L.-dən şikayət ediblər. Onlar bildiriblər ki, müəllim şagirdlərindən birinin şərəf və ləyaqətini alçaldıb.
İddialara görə, müəllim qız şagirdini əvvəlcə sinif yoldaşlarının yanında danlayıb, sonra da onu soyunduraraq sinifdə gəzdirib. Hətta müəllim uşağın başını lövhəyə də vurub.
Bunu övladlarından eşidən valideynlər məktəb rəhbərliyi ilə əlaqə saxlayıblar. Məlum olub ki, deyilənlər doğrudur.
Valideynlər müəllimlə üzləşiblər. D.L. uşağın şalvarını çıxarmaq söhbətini yalanlayıb. O: "Uşaq şalvar geyinmişdi, vuranda düyməsi qopdu, şalvar əynindən düşdü", - deyərək səhvini boynundan atıb.
Valideynlər təhlükəsizlik kameralarına düşən görüntüləri izləyiblər. Uşağın həmin gün düyməsiz şalvar geyindiyi məlum olub.
Məsələ ilə bağlı aidiyyatı qurumlara ərizə verilib, araşdırma aparılır.