Bakı Metropoliteni sərnişinlər üçün 4 günlük konsert proqramı təşkil edəcək.
Unikal.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. N. Paşayev bildirib ki, sabahdan 4 günlük konsert proqramına start veriləcək:
"Stansiyalarda yolka bəzəməklə, Şaxta baba və Qar qızın uşaqları hədiyyələrlə sevindirməklə işimizi bitmiş hesab etmək olmaz. Bununla yanaşı bir sıra tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. Belə ki, sabah saat 13:15-də konsert proqramı başlayır. Konsert proqramında öncə klassik, daha sonra xalq mahnıları səsləndiriləcək. Bayram konserti "28 may", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarında sərnişinlərə təqdim olunacaq. Konsert 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində davam edəcək."