ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə "Röytersə Amerika administrasiyasından bildirilib.
Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar.
Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar.