Qazaxıstanın Şımkent şəhərindəki "Ayyaulım restoranındakı toyda dava düşüb.

Unikal.org xəbər verir ki, içib sərxoş olmuş tamada "bəy tərifi deyəndə bəy sinirlənib və tamadaya söyüb. Təhqir olunan tamada da bəyə hücum edib, dava başlanıb.

Dalaşanları hadisə yerinə çağırılmış polis ayırıb. Toydakı qonaqlardan 12 nəfər, habelə bəy və tamada polis idarəsinə aparılıblar.