Hindistanın şərqində onlarla mədən fəhləsi uçmuş şaxtanın içində qalıb.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times nəşri bildirir.

Məlumata görə, hadisə gecəyarı Carkxand ştatındakı Qodda dairəsində, Lalmati kömür mədənində baş verib. Nəticədə 50-yə qədər mədən fəhləsi şaxtanın içində qalıb.

Xilasetmə işlərinə bu gün səhər başlanılıb. Hadisə yerinə Fövqəladə Vəziyyətlər üzrə Milli İdarənin və Sənaye Təhlükəsizliyi Mərkəzinin əməkdaşları cəlb edilib.