Mersində dünən gecədən bəri yağan güclü yağış selə səbəb olub.

Unikal.org türkiyə mediasına istinadən bildirir ki, Mersinin Toroslar qəsəbəsində sel sularının apardığı bir qadın və kişi boğularaq həyatını itirib. Cəsədləri ayrı yerlərdə tapılanların ər-arvad olduqları məlum olub.

Sərkan Gənc və xanımı Fatma Gənc boğulub ölüblər. Onların 3 yaşlı qızlarından isə xəbər yoxdur.

Əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.

Bir ailə FACİƏSİ: ana-ata öldü, 3 yaşlı qız axtarışdadır - FOTO
Bir ailə FACİƏSİ: ana-ata öldü, 3 yaşlı qız axtarışdadır - FOTO
Bir ailə FACİƏSİ: ana-ata öldü, 3 yaşlı qız axtarışdadır - FOTO