ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.
Unikal.org xarici mətbuata istinadən xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Fərmana əsasən, kiber hücumlarında şübhəli bilinən 35 rusiyalı diplomatın ölkədən çıxışına 72 saat vaxt verdi.
ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar və əhəmiyyətli dərəcədə artmış pisniyyətli kiberaktivliyin qarşısını almaq məqsədi ilə tətbiq edilib.
Məlumata görə, sanksiyalar 6 şəxsi və Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi (BKİ) və BKİ-nin kiber əməliyyatlarını dəstəkləyən şirkətlər daxil olmaqla Rusiyanın 5 təşkilatına şamil edib.
Sanksiya siyahısına BKİ rəhbəri İqor Korobov, onun birinci müavinləri Vladimir Alekseyev və İqor Kostyukov, müavini Sergey Qizunov daxil ediliblər.
Siyahıya həmçinin kiber hücumlarında şübhəli bilinən Aleksey Belan və Yevgeni Boqaçov adlı şəxslər də daxil edilib.
Fərmana əsasən, siyahıya daxil edilən şəxslərin ABŞ ərazisindəki əmlakı həbs olunacaq.
Bundan əvvəl ABŞ-ın 17 xüsusi xidmət orqanlarından bəziləri rusiyalı hakerlərin ölkənin siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.
Rusiyadan ABŞ-a CAVAB
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov ABŞ-ın 35 Rus diplomatın ölkəni tərk etməsini istəməsinə eyni şəkildə qarşılıq verəcəklərini söyləyib.
Rusiya Xarici İşlər Nazirliyi də rəsmi Vaşinqtonun bu cür düşmən addımlarına cavab verəcəyini deyib.