Türkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub.
Bu barədə Türkiyənin Ali Seçki Komitəsindən məlumat verilib.
Məlumata görə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, bu seçkilər bir gündə keçiriləcək.
Qeyd edək ki, ötən gün Türkiyə parlamentinin hüquq komissiyası yeni konstitusiyanın bir sıra maddələrini qəbul edib.
Ölkə Konstitusiyasına dəyişikliklər hazırda Türkiyə Böyük Millət Məclisində müzakirə olunur. Bununla bağlı referendum 2017-ci ilin aprelində keçirilə bilər.