Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinə kiber hücum olub.
Nazirlikdəki bir qaynaq "Sabaha açıqlamasında kiber hücumların enerji nəzarət sistemlərinə olduğunu deyib:
"Hücumlar əsasən, saytları ələ keçirərək informasiya sızması istiqamətində həyata keçirilir. Xüsusilə elektrik istehsalı və paylayıcı xəttlərə nəzarət edən sistemlərə hücum olub. Bütün təxribatların qarşısı alınıb.
Qaynaq kiber hücumların 15 iyul dövlət çevrilişinə cəhddən sonra baş verdiyini əlavə edib.
Nazirlik rəsmisi kəşfiyyat orqanlarından 31 dekabr Yeni il axşamı bənzər hücumların reallaşacağı barədə məlumat aldıqlarını, bunun üçün ciddi hazırlıq gördüklərini bildirib.