İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin də yaralanması barədə məlumat daxil olub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

H. Hacıyev deyib ki, hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb.