Bu gündən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini baş katibin müavini Valeriy Semernikov icra edəcək.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün KTMT məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb və bu vəzifəni V Semernikov icra edəcək.

Qeyd edək ki, N. Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N. Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib.

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.