Dünən Ankarada baş verən terror hadisəsinə görə, Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edilib.
Unikal.org xəbər verir ki, Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. İki ölkə prezidentinin görüşü Türkiyədə baş tutacaq.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı orada keçiriləcək.
Türkiyənin rəsmi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, toplantının Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlib. Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.