Bu yaxınlarda satışına icazə verilmiş qadın viaqrası libidonu artırsa da, bəzi əks təsirləri də var. Seksi daha zövqlü edərək libidonun artmasına yardım edən bu viaqranın hansı yan təsirləri ola bilər?
 
 
Unikal.org Aile.lent.az-a istinadən məlumatına görə, satışa buraxılmış viaqra qadının vaginasına deyil, birbaşa beyninə təsir edir. Bunun isə bəzi əks təsirləri var.
 
 
Qadınlarda ilk doğuşdan sonra yaranan cinsi istəksizlik normal hal kimi qəbul edilir.
Bəzən isə kişinin impotensiyası (iqtidarsızlığı) da qadında cinsəlliyə marağı öldürə bilər. Bu və digər səbəblərə görə, seksual münasibətdəki geriləmə ucbatından qadınlar libidonu yüksək səviyyəyə qaldıracaq dərmana çox ehtiyac duyurlar.
 
Viaqra qadında vaginal qan axınını yüksəldir. Nəticədə seks zamanı qadın beynində seratonin və dopamin kimi müsbət hormonların ifrazını artıraraq seksdən çox zövq almasına yardım edir. Ancaq birbaşa beyinə təsir edən bu dərmanın yuxusuzluq, qan təzyiqində ani enmə, huşun itirilməsi kimi əks təsirlərə səbəb olduğu deyilir.