Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb.
Unikal.org-un "Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə turistlər arasında məşhur olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib.
Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrail hakimiyyəti baş verən olayı terror aktı kimi dəyərləndirib.