Hollandiyanın dənizin dibini dərinlətmə texnikası istehsalı ilə məşğul olan "IHC Merwede" şirkəti Xəzər hövzəsi ölkələrindən, eləcə də Azərbaycandan sifarişlər alınması mümkünlüyünü nəzərdən keçirir.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hollandiyadakı ticarət təmsilçisi Aleksandr Çerevko məlumat verib.
Şirkətin Rusiya üçün bu il 8 texniki donanma gəmisi hazırlayacağını bildirən A.Çerevko, "ICH Merwede"nin eyni zamanda Xəzər hövzəsinin dənizin neft şelfinin işlənməsində iştirak edən ölkələri - İran, Azərbaycan və Qazaxıstandan da sifarişlər alınması mümkünlüyünü nəzərdən keçirir.