Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb. 
 
Unikal.org saytının APA-aistinadən məlumatına görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.
 
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.