Rusiyanın Primorye ərazisində 5,2 bal gücündə zəlzələ olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Primoryenin Naxodka mahalından 98 kilometr cənubda olub.

Yeraltı təkanların ocağı 490 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.