Fici sahillərində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Nandi şəhərindən 178 kilometr cənub-qərbdə, yerin 53 kilometr dərinliyində qeydə alınıb.

Sunami xəbərdarlığı verilməyib. Yeraltı təkanlar nəticəsində hər hansı bir fəsad və ya insan itkisi barədə məlumat verilməyib.