Hər iki qurum Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində idi
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan iki qurum ləğv olunub.
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tabeçiliyində olan Xocalı təsərrüfat hesablı təmir-tikinti sahəsi ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11 a ünvanına bildirə bilərlər.
Bundan başqa, həmin mərkəzin tabeçiliyində olan xüsusi ixtisaslaşdırılımış tikinti-quraşdırma idarəsi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11a ünvanına bildirə bilərlər.