Rusiyanın Yekaterinburq şəhər Dumasının millət vəkilinin (adı açıqlanmır) 15 yaşlı qızı Maşa fahişələrin reklamı üçün nəzərdə tutulmuş sayt üçün fotosessiya etdirib.

Unikal.org-un "Life.ruya istinadən məlumatına görə, Yekaterinburqda elit gimnaziyalardan birində təhsil alan qız valideynlərindən xəbərsiz seks-xidməti üçün çəkilişə qatılıb.

Çılpaq şəkli saytın elan bölməsində yerləşdirilən Maşanın 1 saat üçün 2500 rubl, iki saat üçün 5 min rubl, bir gecə üçün isə 12 min rubl tələbi qoyduğu bildirilir.

Deputat qızının bu cür işə cəlb olunmasını isə oxuduğu gimnaziyanın direktoru öyrənib. Belə ki, ona saytın reklamı ilə bağlı məktub göndərilib. Direktor Marqo ləqəbli qızın Maşa olduğunu bilib.

Direktor qeyd edib ki, Maşa nə əlaçı, nədə "2 alan olsa da, dərslərini yaxşı oxuyur, özünü sakit aparır, yoldaşları ilə bugünə qədər hər hansı konflikti olmayıb.

Hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, yeniyetmə intim-xidmət üçün reklama çəkildiyini təkzib etməyib.

Məlum olub ki, sosial şəbəkədə tanımadığı qadın ona intim fotosessiyaya çəkilməyi təklif edib. Maşa azyaşlı olduğunu desə də, düşünəcəyini də söyləyib. Daha sonra razılaşaraq qadının mənzilinə gəlib və orada bir neçə erotik şəkil çəkdirib. Hadisənin ötən il dekabrın 22-də baş verdiyi deyilir.

Məktəbli qız polisə etirafında bildirib ki, məqsədi pul qazanmaq olub.

Hazırda deputatın qızının işi ilə İstintaq Komitəsi məşğul olur. Komitə qızın intim xidmət və ya sadəcə reklama çəkilib-çəkilmədiyini araşdırır. Əgər Maşa həqiqətən də seks xidməti göstəribsə, o zaman sayt rəhbərliyinə qarşı azyaşlıdan istifadə etdiyi üçün cinayət işi açılacaq. (qafqazinfo)

Rus deputatın 15 yaşlı qızı  intim reklama çəkildi -  Pula görə

Rus deputatın 15 yaşlı qızı  intim reklama çəkildi -  Pula görə