Gəncədə bıçaqlanma olub.
Unikal.org APA-ya istinadən bildirir ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Nuriyyə Cabbarova sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, 20 yaşlı qadın keçmiş nişanlısı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.