Bakıda intihar hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.