Bakıda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbə sakini, 1930-cu il təvəllüdlü Əliş Bəhramov yaşadığı evdə boğazını kəsərək intihar edib. 
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.