Martın 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5  dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.