Moskva Çinin Rusiya sərhədi yaxınlığında ballistik raketlərini yerləşdirməsini özü üçün təhdid hesab etmir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
O, Rusiyanın özünün strateji müttəfiqi hesab etdiyi Çinlə münasibətlərinə yüksək dəyər verdiyini bildirib.
Qeyd edək ki, Çin Rusiya ilə sərhəddə 12 min kilometr məsafədəki bütün hədəfləri vura biləcək DF-41 raketlərini yerləşdirib.