Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprel ayının 20-dək keçiriləcək.
Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki. bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Ötən həftə parlament tərəfindən qəbul edilən 18 dəyişiklikdən ibarət paket ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənməlidir. Referendum qanun "Rəsmi qəzetdə dərc olunduqdan 60 gün sonra ilk bazar gününə təsadüf etməlidir.
Dəyişikliklərə əsasən Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur.