Bakıda ev sahibi kirayənişinin qaldığı evi yandırıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, "Nigar şadlıq sarayının arxasındakı evlərdən birində qeydə alınıb. Belə ki, ev sahibi həm evin içərisinə, həm də kirayənişin üzərinə benzin tökərək yandırıb.

Nəticədə 23 yaşlı kirayənişin Ramin İsmayılov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.