Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 11, maddələr 969, 970; 2009, № 2, maddə 64, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 10, maddə 1186, № 12, maddə 1578) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.34-cü bənddən ", dəmir yolu" sözləri çıxarılsın.
2. 9.34-1-ci bənddən "və dəmiryolu" sözləri çıxarılsın.
3. 10.11-ci bənd ləğv edilsin.
4. 10.21-ci, 10.25-ci, 10.26-cı və 14.8-ci bəndlərin əvvəlinə "Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla," sözləri əlavə edilsin.
Unikal.org reporta- istinadən bildirir ki, indiyədək nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək səlahiyyəti yalnız Nəqliyyat Nazirliyində idi.
Fərmana əsasən, bundan sonra Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəyi Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla veriləcək.