Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovu "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, B.Səfərov Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.
Məsələ ilə bağlı cənab Səfərov unikal.org-a öz sevincini bölüşüb: "Bu məni və ailəmi çox sevindirdi. Mənim üçün bundan böyük hədiyyə yoxdur. Çox sağ olsun ölkə başçımız məni təltif etdi. Açığı, prezidentdən bu hədiyyəni gözləmirdim. Buna çox sevinirəm. Ailəm adından məni qiymətləndirdiyinə görə, ölkə başçımıza təşəkkür edirəm. Çalışacam ki, bundan sonra bütün həyatım boyu xalqıma, dövlətimə, xidmət edim".