Azərbaycan Prezidenti İlham Əliyev İ.M.Bağırova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam verib.
Unikal.org xəbər verir ki, xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Məmmədəli oğlu Bağırova general-mayor ali hərbi rütbəsi verilsin".

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova da general-mayor ali hərbi rütbəsi verilib.