ATV-də yayımlanan "ATV maqzin onlarla" verilişinin aparıcısı Afaq Gəncəli məhkəməyə müraciət edib.
Unikal.org xəbər verir ki, teleaparıcı İnstaqram səhifəsinin parolunun oğurlandığını bəyan edib:"Dünən bir neçə dəfə ard-arda İnstaqram profilimin parolu sındırılıb. Burada mənə yaraşmayan paylaşımlar edilib. İndi həmin şəxslə bağlı aidiyyatı orqanlara şikayət göndərilir. İnanıram ki, laiyiqli cəzalarını alacaqlar".