İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, "Liverpul" "Sauthempton", "Mançester Yunayted" isə "Hall Siti" ilə qarşılaşıb.
İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan "Liverpul" bu dəfə də eyni hesabla yenilərək kubokla vidalaşıb.
"Mançester Yunayted" isə finala məğlubiyyətlə yüksəlib. Belə ki, ilk matçda "Hall Siti"ni 2:0 hesabıyla yenən Joze Mourinyonun komandası cavab qarşılaşmasında 1:2 hesablı məğlubiyyətə rəğmən həlledici matçda "müqəddəslər"ə rəqib olub.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sauthempton" finalı fevralın 26-da keçiriləcək.













.jpg)











.jpg)





.jpg)



.jpg)




.jpg)



.jpg)

.jpg)


.jpeg)







