Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada müalicəsini davam etdirən teleaparıcı Hacı Nuran Hüseynov Bakıdadır.
Unikal.org xəbər verir ki, aparıcı sosial şəbəkədə yeni fotosunu paylaşaraq bu şərhi yazıb:
"İnanmıram ki, artıq Bakıdayam. Bir neçə gün burada olacağam", - deyə teleaparıcı bildirib.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən teleaparıcı artıq bir neçə ildir ki, xəstəliklə mübarizə aparır. O, bir neçə ay öncə ağır əməliyyat keçirib.