Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri fasiləsiz fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 28-dək olan müddətdə, qeyri-iş günlərində də nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.