Fransız futbolçu Dmitri Payenin gözlənilən transferi nəhayət rellaşmaq üzrədir.
Unikal.org-un məlumatına görə, yarımmüdafiəçi vətəninə yollanacaq.
"Vest Hemdən ayrılmaq istədiyini dəfələrlə açıq şəkildə bildirən oyunçu "Marselə keçəcək. "SKY Sportsun xəbərinə görə, Paye artıq tibbi müayinədən keçmək üçün Fransaya yollanıb. Onun üçün London klubuna 25 milyon avro ödənəcək.
Qeyd edək ki, tərəflər uzun müddətdi məbləğdə yaranmış anlaşmazlıqlar ucbatından razılığa gələ bilmirdi.