Rusiyanın Primorsk vilayətinin Naxodka şəhərində gənc oğlan məktəbli sevgilisini öldürərək intihar edib.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin vilayət üzrə istintaq idarəsi məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Gənc oğlan şəhərdəki məktəblərdən birinə gələrək 15 yaşlı sevgilisi ilə münasibətlərini aydınlaşdırmağa çalışıb. Hadisə yerinə polislər çağırılıb. Lakin həmin şəxs qəfil qızın saxlanıldığı məktəb direktorunun otağına girib, ona bıçaq zərbəsi endirərək qətlə yetirib və daha sonra özünü öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.