Çanaqqala döyüşlərinin 101-ci il dönümündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan PKK-nın Avropada da terror aktı törədə biləcəyini deyib.
"Ankarada partlayan bombanın Brüsseldə yaxud digər Avropa ölkəsində partlamasına mane olacaq bir səbəb yoxdur. Birlikdə yatdığınız ilan sizi hər an çala bilər".
Türkiyə, Avropa Birliyi və ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır.
Buna baxmayaraq Suriya kürdlərinin PKK ilə sıx əlaqəsi olan PYD təşkilatı Ankaranın səylərinə rəğmən Qərb tərəfindən terror təşkilatı kimi tanınmır.