ABŞ Səfirliyi Türkiyədə yaşayan vətəndaşlarını terror təhlükəsi ilə bağlı xəbərdar edib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, ABŞ səfirliyi vətəndaşlarını 17-21 mat tarixlərində ehtiyatlı olmağa çağırıb.
Çağırışda Novruz tədbirlərinin Ankara, İstanbul, İzmir və Adanada 20 mart tarixində keçiriləcəyi xatırladılaraq " bu şəhərlərdə yaşayan vətəndaşlar təhlükəsizlik baxımından diqqətli olsunlar" deyilib. 21 mart tarixində isə Diyarbəkirdə keçiriləcək Novruz mərasimində iştirak edəcək vətəndaşlara da xəbərdarlıq edilib. Xəbərdarlıqda vətəndaşlara  hökumət binaları və qələbəlik olan yerlərdən uzaq durmaq tövsiyə edilib.